Türklərə qarşı məktuba 46 ölkədən İMZALI DƏSTƏK
08.07.2020
BMT-nin İnsan Haqları Komitəsinin iclasında Belarus tərəfindən hazırlanan Çinin Şərqi Türküstanda (Sintszyan-Uyğur Muxtar Rayonu) "terror və separatçı qruplara” qarşı mübarizəsini dəstəkləyən məktubunu 46 dövlətin nümayəndəsi imzalayıb.
Uyğur türklərinə edilən zülmü dəstəkləyənlər arasında müsəlman ölkələrinin olması diqqət çəkib.
Məlumata görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Pakistan və Fələstin kimi müsəlman ölkələri müraciətə imza atıblar. Məktubda Pekinin Sincan bölgəsində terrorizm və separatçılıqla mübarizə aparmaq üçün gördüyü tədbirlər təqdir edilir.
"Tədbirlər nəticəsində bölgədə son 3 ildə heç bir terror hadisəsi yaşanmayıb. Bölgə yenidən sülh və sabitliyə qovuşub”, - məktubda bildirilib.