İbadulla Ağayev İSTEFA VERDİ
08.07.2020
İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.
Bu barədə açıqlamasında İ. Ağayev özü bildirib.
O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: "1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.