21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mədət Quliyevə yeni müavin təyin edildi

08.07.2020

Azərbaycanın Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalanıb.

Sərəncama əsasən, Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Mehman Abbas oğlu Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub.

1981-ci ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbini mühəndis-texnoloq ixtisası üzrə bitirib.

1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayına qədər SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında saxlama şöbəsinin rəisi işləyib.

1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində kiçik nümayəndə işləyib.

1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi nümayəndəliyinin rəisi işləyib.

1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini işləyib.

1992-ci ilin may ayından 1994-cü ilin yanvar ayına qədər Müdafiə Sənayesi İdarəsində Hərbi nümayəndəliklər şöbəsinin rəisi işləyib

1994-cü ilin yanvar ayından 2019-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi vəzifəsində xidmət edib.

2019-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ehtiyata buraxılıb.

2019-cu ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin (hərbi-texniki əməkdaşlıq üzrə) müşaviri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-ci Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

Xatırladaq ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevdir.