Çindən yeni xəstəlik yayılır: insanı 24 saata öldürür
07.07.2020
Koronavirus bəlası bitmədən Çindən yeni xəstəliyin yayılacağı ilə bağlı iddialar yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatı da Çində müşahidə edilən və insanı 24 saat ərzində öldürən C virusu haqqında açıqlama verib. ÜST hələlik yoluxma faktını nəzərə aldıqda xəstəliyin nəzarət altında olduğunu bildirib.
Məlumata görə, adətən gəmiricilərdə yaşayan bir bakteriyanın səbəb olduğu bu vəba dərhal müalicə edilmədikdə 24 saat ərzində ölümə səbəb olur. Çin rəhbərliyi isə hazırda insanlar arasında bu vəbanın yayılma riski olduğunu bildirib və ehtiyatlı olmağa çağırıb.
Bildirilib ki, bakteriyaların bədənə daxil olduğu ən yaxın bölgələrdə limfa vəzləri şişir, ağrı və iltihablanma müşahidə edilir.