Terror: Hökumət müşaviri qətlə yetirildi
07.07.2020
Bağdadda naməlum şəxslər İraq hökumətinin antiterror üzrə müşaviri Hişam əl Haşimini qətlə yetiriblər.
Bu məlumatı "Sumariyə” televiziyası yayıb. Onun öz evinin yaxınlığında qətlə yetirildiyi bildirilib.
Hişam əl Haşiminin xəstəxanada öldüyü vurğulanıb.
İraq rəsmiləri də artıq Haşiminin ölümünü təsdiqləyiblər. Onlar başsağlığı verərək, İraqa siyasi qətllərin geri qayıtmayacağını bildiriblər.