Roqozinin müşaviri saxlanıldı - XƏYANƏT
07.07.2020
"Roskosmos” sədrinin müşaviri İvan Safronov Moskvada saxlanılıb.
Bu məlumatı "Layf Şot” (Life Shot) Teleqram kanalı yayıb.
Bildirilib ki, Safronov dövlətə xəyanətdə şübhəli bilinir.
Qeyd edək ki, Safronov "Roskosmos”da daxili informasiya siyasətinin qurulmasına görə məsuliyyət daşıyıb, eləcə də bəzi superproqramları kurasiya edib. O, müşavir vəzifəsində cəmi iki ay çalışıb. Bu vaxta qədər isə o, "Kommersant” və "Vedomosti” qəzetlərində jurnalist işləyib. Buradan Federasiya Şurasının sədri Valentina Matviyenkonun istefaya gedəcəyi haqqında xəbər yazdığı üçün qovulmuşdu.