Patruşev: ABŞ-ın bu addımını alqışlayacağıq
07.07.2020
Rusiya ABŞ-ın Əfqanıstanda daxili siyasi konfliktləri bitirəcək real addımlarını alqışlayacaq.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O, Amerika hərbçilərinin bu ölkədən çıxarılmasının Əfqanıstandakı vəziyyəti deqradasiya etməməli olduğunu bildirib:
"Amerika qoşunlarının hazırda Əfqanıstanda olması legitimdir. Hərbi kontingentin hansı həcmdə çıxarılmasını ABŞ-ın özü müəyyən etməlidir”.
Patruşev NATO-nun Əfqanıstandakı missiyasının hədəflərinə çatmadığını söyləyib:
"Əfqanıstan hələ də əmin şəkildə dünyanın ən böyük tiryək istehsalçısı və tədarükçüsü statusunu saxlayır. Əfqanıstan dünyadakı qanunsuz tiryək dövriyyəsinin 80%-ni təmin edir. 2001-ci il əməliyyatı başlayandan bu yana Əfqanıstanda heroin istehsalı 10 dəfə artıb”.