Ərdoğan İncənin 18+ şeirlərindən danışdı
19.06.2018
"Cənab Məhərrəm İncənin köhnə dəftərlərini açacağıq, bəlkə, utanıb-qızarar”.
"Dövran Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Samsunda tərəfdarları önündəki çıxışında bildirib.
Ərdoğan bildirib ki, seçki dönəmində Məhərrəm İncənin taxdığı maskanın arxasındakı çirkinlikləri vətəndaşlara göstərəcəklər: "Onun şairlik məharəti də var. Məhərrəm İncənin şeirlər kitabında yazılanları oxumayacağam, gənclərimiz özləri oxuyub, hər şeyi görəcəklər. Heç kim bu milləti aldada bilməyəcək".
Amma Məhərrəm İncənin də cavabı özünü çox gözlətməyib. Prezidentliyə namizəd köhnə dəftərləri açmanın tərəfdarı olmadığını və belə olarsa, alış-veriş listlərini yayacağını bildirib.