Bu ölkə rus dilindən tam imtina edir
06.07.2020
Ukrayna dilinin statusunun saxlanması prinsipial məsələdir.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Dil məsələsi çox vacibdir, dövlət üçün prinsipial məsələdir. Bizdə ikinci dövlət dili rus dili ola bilməz. Əgər biz Ukrayna haqqında danışırıqsa, o zaman dövlət dili yalnız Ukrayna dili olmalıdır. Ukraynada ikinci dil olmalıdırmı? Əlbəttə, olmalıdır. Bu, gərək ingiliscə olsun”, – deyə o bildirib.