11 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Virusoloq: “Moskvada koronavirusun ikinci dalğası olmayacaq”

06.07.2020

"Moskvada koronavirusun ikinci dalğası mümkün deyil”.

Bunu "İzvestiya”ya müsahibəsində rusiyalı virusoloq Pavel Volçkov söyləyib.

Rəsmi məlumata görə, Moskvada müayinə olunan vətəndaşların 20 faizində anticisimlər aşkarlanıb. Bununla birlikdə, yeni məlumatlara görə, populyasiyada T-hüceyrə immuniteti olan insanlar IgG anticisimləri olanlarla müqayisədə, 2-3 dəfə çoxdur.

Beləliklə, Rusiya paytaxtı sakinlərinin 40-60 faizində koronavirusa qarşı immunitetin yarandığını güman etmək olar.

Virusoloqun proqnoza görə, paytaxtda yoluxmuş insanların gündəlik artımı azalmağa başlayacaq və avqustun sonunda sıfıra yaxınlaşacaq. Bu müddətdə moskvalıların 80-90 faizində immunitet yaranacaq.