Bağırzadə haqda XOŞ XƏBƏR
06.07.2020
Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalır.
Bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. O bildirib ki, Bağırzadənin tənəffüsü süni ventilyasiya aparatı vasitəsiylə alır:
"Bəhram Bağırzadənin huşu aydın, bədən hərarəti isə subfebril rəqəmlərdədir. Bu gün aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma qeyd edilir. Hazırda ilk plana ikincili bakterial infeksiya qoşulması ilə mübarizə çıxır. Bununla bağlı müvafiq təyinatlarda dəyişikliklər aparılıb”.
Xatırladaq ki, Bəhram Bağırzadə iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülüb.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.