Sərsəng su anbarında 2 erməni batdı
04.07.2020
Azərbaycanın işğal olunmuş Ağdərə rayonu ərazisindəki Sərsəng su anbarında iki erməni yeniyetmə boğulub.
Hadisə 3 iyul gecəsi baş verib.
Məlumata görə, boğulanlardan birinin meyiti hələ tapılmayıb, axtarışlar davam edir.
Boğulanlar ermənilərin Ağdərədəki "Verin Oratax” adlandırılan icmanın 2006 və 2009-cu il təvəllüdlü sakinləridir.