Azərbaycandan ABŞ-a TƏBRİK GÖNDƏRİLDİ
04.07.2020
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik edib.
Bu barədə XİN-nin "Tvitter" hesabında məlumat verilib.
Təbrikdə deyilir: "Amerika Birləşmiş Ştatlarını 4 İyul - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan və Amerika Birləşmiş Ştatları son 30 ildə uğurlu əməkdaşlıq əlaqələrindən bəhrələniblər. Bu yaddaqalan gündə dost Amerika xalqına möhkəm cansağlığı və əbədi firavanlıq diləyirik".