Sədr: "Ağciyərində "buzlu şüşə" aşkarlanan 600-dən çox xəstə müalicə alır"
03.07.2020
"Bu gün ağciyərində "buzlu şüşə" aşkarlanan 600-dən çox xəstə müalicə alır”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, bu, xəstəliklə bağlı müraciətin gecikməsi və ağırlaşma ilə bağlıdır : "Bu zaman yoluxma PZR testlərlə aşkarlanmaya bilir. Təəssüf ki, həkimlər arasında da belələri var ”.