TƏBİB sədri: Biz ikinci mərhələdə məcburuq ki...
03.07.2020
Ölkə başçısı da qeyd etmişdi ki, heç bir iqtisadi göstərici vətəndaşın sağlamlığından önəmli ola bilməz.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bu səbəblə sərhədlər bağlanaraq ölkəmizə virusun idxalı dayandırıldı və aprel ayında yoluxma 25 faiz azaldıldı. Lakin yumşalma qaydaları zamanı yoluxmalar artdı. Bütün dünyada yoluxmalarda artım tempi sərt karantin rejimindən çıxıb, normal həyata qayıdan zaman baş verir. Mən başa düşürəm, psixoloji və digər səbəblərdən vətəndaşlar qaydalara riayət etmədi.
Avropa ölkələrində də yoluxma hallarında yüksəliş davam edir. Biz xəstəliyin ikinci mərhələsində məcburuq ki, karantin rejimini tətbiq edib, yoluxma hallarının qarşısını alaraq normal həyata qayıdaq"