Rusiya qəfil hücuma hazırlaşır - Ukrayna
03.07.2020
Rusiya Ukrayna ərazisinə qəfil hücum əməliyyatları keçirəcək üç qoşun qruplaşması yaradıb.
Bunu Ukrayna ordusunun general-leytenantı Leonid Qolopatyuk deyib. O, bu qruplaşmaların səfərbərlik elan edilmədən aktiv hücum həyata keçirmək imkanında olduqlarını söyləyib.
Qolopatyuk Rusiyanun Ukrayna sərhədindəki yerüstü qüvvələrinin 87 min hərbçi, 1100 tank, 2600 zirehli maşın, 1100 artilleriya sistemi, 360 raket sistemi, 18 operativ taktiki raket kompleksindən ibarət olduğunu deyib.