Karantin: Ordumuz DİN-ə köməyə cəlb edildi
03.07.2020
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Məlumata görə, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.