Maskalı şəxs evə basqın etdi - Bakıda
03.07.2020
Bakıda maskalı şəxs bıçaqla mənzilə basqın edib.
İyulun 1-də Binəqədi rayon sakini, 1977-ci il təvəllüdlü V. Kubryanov ərizə ilə polisə müraciət edərək səhər saatlarında naməlum maskalı şəxsin onun mənzilinə bıçaqla daxil olaraq, ona hədə-qorxu gələrək televizor və digər məişət əşyalarını quldurluq yolu ilə taladığını bildirib.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci təvəllüdlü Mayis Abbasov saxlanıb.
Faktla bağlı araşdırma aparılır.