AzTV-dən yoluxan əməkdaşları ilə bağlı - AÇIQLAMA
03.07.2020
Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun koronavirusa yoluxmuş əməkdaşlarının son durumu ilə bağlı məlumat yayıb.
AzTV-dən bildirilib ki, hazırda 5 əməkdaş xəstəxanada koronavirusdan müalicə alır:
"1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur".
Qeyd edək ki, ötən gün AzTV-nin Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev, bir neçə gün öncə isə QSC-nin rejissoru Samir Nemətzadə koronavirusdan dünyasını dəyişib.