Nüvə zavodunda YANĞIN
02.07.2020
İranda Natanz nüvə zənginləşdirmə zavodunun açıq sahəsində yanğın olub.
Bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi deyib.
"Qəza zamanı ölüm qeydə alınmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır. Zavod aktiv olmadığı üçün narahatlığa heç bir səbəb yoxdur”, - sözçü bildirib.