Bu yol beşinci dəfə ÇÖKDÜ
01.07.2020
Sumqayıtın Kamran Hüseynov küçəsindəki yol kanalizasiya xəttində baş verən qəza nəticəsində çöküb.
Bunu açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib.
"Qeyd olunan ərazidən istismar müddətini başa vurmuş kanalizasiya xətti keçir. Həmin xəttə baş vermiş qəza nəticəsində yolda çökmə olub. Yaxın zamanlarda həmin xəttin əsaslı təmir olunması nəzərdə tutulub”, - qurum rəsmisi bildirib.
Qeyd edək ki, ötən gün Sumqayıtın Kamran Hüseynov küçəsində eyni yolun 5-ci dəfə çökməsi barədə məlumat yayılıb.