Məşhur qapıçı klub alıb
01.07.2020
Belçika millisinin və İspaniya "Real”ının qapıçısı Tibo Kurtua özünə klub alıb.
Qolkiper "Betis”in futbolçusu Borxa İqlesiasla birlikdə Madridin "İnter” klubuna sahib çıxıb. Bu komanda İspaniya çempionatının 3-cü divizionunda mübarizə aparır. Bu, Kurtua və İqlesiasın ilk şərikliyi deyil. Bir müddət öncə onlar "DUX Gaming” kiberidman komandasını da alıb.
Qeyd edək ki, Kurtua cari mövsümdə "Böyük beşlik”də ən çox quru oyun keçirən qapıçıdır.