21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünyanı dəhşətli su savaşları gözləyir

01.07.2020

Bütün dünyada içməli su azalır. İqlimşünaslar növbəti 30 ildə içməli su ilə bağlı güclü kəsrin olacağını proqnozlaşdırırlar.

Bunu "350.org” beynəlxalq ekologiya qeyri-hökumət təşkilatının Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə icraçı direktoru Svetlana Romanko deyib. O, Ukraynada içməli suyun qənaətli sərfiyyatı ilə bağlı böyük problemlərin olduğunu, ona görə də Kiyevin 2050-ci ildən sonra içməli su idxal etməyə başlayacağını deyib:

"Qarşıda yeni anlayış – iqlim qaçqınları yaranacaq. BMT-nin məlumatına görə, 2050-ci ilə qədər dünyada bu cür insanların sayı 250 milyon nəfər olacaq. Gələcəkdə su, resurs və yaxşı iqlimli ərazilər uğrunda müharibələr olacaq”.