Hacıyevdən çağırış: Bundan uzaq olun!
30.06.2020
Bəzən sosial şəbəkələrdə yanlış və şayiə xarakterli məlumatlar yayılır. Əgər belə hal varsa, aidiyyatı orqanlar tərəfindən məsələ araşdırılır və lazımı tədbirlər görülür.
Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Belə şayiələrin yayılması, mövcud halın şişirdilməsi, qəhrəmanlıq kimi qabardılması düzgün deyil. Birgə həmrəylik nümayiş etdirmək lazımdır. Problemi göstərib, çatdırmalıyıq, lakin şayiə kimi yönləndiriləcək tədbirlərdən uzaq olmalıyıq. Bu qlobal müharibə şəraitidir"