544 yoluxma, 8 VƏFAT, 343 sağalma
29.06.2020
Bu gün Azərbaycanda koronavirus infeksiyasına daha 544 yoluxma qeydə alınıb, 343 nəfər müalicə olunaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyə kimi Azərbaycanda 16968 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 9369 nəfəri sağalıb, 206 nəfər vəfat edib.
Bu günə olan aktiv xəstə sayı 7393 nəfərdir.
Operativ Qərargahın məlumatına görə ötən müddət ölkə ərzində 475 min 525 test aparılıb. Bugünkü test sayı isə 6558-dır.