Yunan Prezident Türkiyə sərhədini pozdu
29.06.2020
Yunanıstan Prezidenti Katerina Sakellaropoulou Egey adaları üzərindən Türkiyə ərazisinə keçib.
Bu iddianı "Sözcü” nəşri iddia edib. Bildirilir ki, prezident Türkiyənin Aydın şəhərinə bağlı Eşek adasına gəlib.
K.Sakellaropoulou burada 4 saat qalacaq və adada yerləşən milli həbsxananı, məktəbi ziyarət edəcək.
Qeyd edək ki, İngiltərənin 1943-cü ildə və ABŞ-ın 1951-ci ildə tərtib etdiyi xəritədə Eşek adası Türkiyə ərazisi kimi göstərilib. Adaya 16 ildir Yunanıstan nəzarət edir. Burada hərbi bazalar mövcuddur və yüzlərlə yunan əsgəri fəaliyyət göstərir.