JEM yeni layihəyə başlayır
29.06.2020
Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olan "Vətəni sevmək onu qorumaqdan, qorumaq onu sevməkdən keçir" layihəsinin icrasına başlayır.
JEM-dən verilən məlumata görə, pandemiya dövründə koronavirusa qarşı mübarizəyə dəstək xarakterli layihə çərçivəsində "Zoom” proqramı vasitəsi ilə verilişlər hazırlanacaq.
Pandemiya dövründə dövlətin gördüyü işlər, cəmiyyətin davranışı, vətəndaş cəmiyyəti institutunun vəzifəsi, qida təhlükəsizliyi, mətbuatın fəaliyyəti, koronavirus təhlükəsinin təhsil sisteminə təsiri, COVİD 19-la mübarizədə tibb işçilərinin missiyası, gənclərdə hərbi vətənpərvərlik ruhunun formalaşması, qlobollaşma dövründə milli-mənəvi dəyərlərin yeri və rolu mövzularında hazırlanacaq verlişlərdə ictimai xadimlər vəziyyəti dəyərləndirəcək, təkliflər verəcək, çıxış yolları göstərəcək, dünyanı cənginə alan infeksiyadan qorunmağa dair maarifləndirici çıxışlar edəcəklər.