Atatürkün heykəlinə qarşı TƏXRİBAT
29.06.2020
ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə səfirliyi iqamətgahının qarşısında olan Atatürkün heykəlinə hücum edilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Heykəlin üzərinə ingilis dilində "Bəli, insanlığa qarşı cinayətlərdə günahkaram” ifadəsi yazılan pankart asılıb.
Təxribatı törədən şəxs səfirliyin müşahidə kamerasına düşüb. O, pankartı heykəlin üzərinə yerləşdirdikdən sonra fotosunu çəkib. Daha sonra da pankartı götürərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, çəkilən foto Yunan Soyqırım Araşdırma Mərkəzinin (Greek Genocide Resource Center) Feysbuk hesabında da paylaşılıb.