İŞİD Suriyada əsas istinadgahını itirib
18.06.2018
Kürd PYD/YPG qüvvələri Suriya və İraq sərhədində yerləşən əl-Hasaka əyalətinin cənubunda yerləşən rayonları İŞİD terrorçu qruplaşmasından azad edib.
"Dövran Media" xəbər verir ki, bu haqda "Fırat News” məlumat yayıb.
Son döyüşlərdən sonra "Suriya demokratik qüvvələri” Əd-Dəşişə yaşayış məntəqəsini İŞİD yaraqlılarından təmizləyib.
Agentliyin məlumatına görə, şəhər İŞİD-in Suriya və İraqdakı silsilə məğlubiyyətlərindən sonra qalan ən iri istinadgahı sayılırdı.