21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Maska taxmayanlara 400 manat CƏRİMƏ

29.06.2020

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilir.

Yeni redaksiyaya görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Xatırladaq ki, ölkə üzrə karantin rejimi 1 avqusta qədər uzadılıb. Buna qədər isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilirdi.

Qanun layihəsini şərh edən spiker Sahibə Qafarova bildirib ki, son vaxtlar koronavirusa yoluxanların sayı artıb:

"Bunun səbəbi karantin rejiminin qaydalarına əməl etməməkdir. Ona görə də bu qanunda cərimə sanksiyalarının artırılması nəzərdə tutulub”.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.