Rusiya turistlər üçün turları ləğv edir?
27.06.2020
Rusiya turizm operatorları iyul ayına olan xarici turları ləğv edirlər.
Turizm operatorları yaxın aylarda beynəlxalq turizmin bərpa olunacağına ümid bəsləmirlər. Bu səbəbdən onlar artıq iyul ayına olan turları ləğv edirlər.
Turoperatorlar iyul ayı üçün nəzərdə tutulmuş turları 2020-ci ilin başqa aylarına, hətta 2021-ci ilə keçirməyi təklif edirlər.