Kravçukdan Putin və Poroşenkoya ÇAĞIRIŞ
18.06.2018
Donbas münaqişəsinin nizamlanması üçün Ukrayna və Rusiya prezidentlərinin təkbətək görüşü zəruridir.
"Dövran Media" xəbər verir ki, bu sözləri Ukraynanın ilk prezidenti Leonid Kravçuk deyib.
"Putin danışıqlar masasına əyləşməlidir. Ona görə ki, onun Donbas konfliktinə təsiri olduqca böyükdür. Poroşenko ilə birgə əyləşmək lazımdır. Əyləşin və müzakirə edin. Çünki mövzu xalqlar, qan, dəhşət və ölüm barədədir”, - Kravçuk əlavə edib.
Sabiq prezident əlavə edib ki, Qərbin təsiri olmadan Donbas konfliktinin həllinə nail olmaq mümkünsüzdür.