Azərbaycan: 521 yoluxma, 355 sağalma, 6 vəfat
27.06.2020
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 521 yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 15 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib. Aktiv xəstə sayı 6978 nəfərdir.
Ötən müddət ərzində 461 min 861 test aparılıb. Bugünkü test sayı isə 5646-dür.