"Taliban"ın 15 üzvü öldürüldü
27.06.2020
Əfqanıstanda NATO qüvvələrinin hava zərbələri nəticəsində "Taliban" qruplaşmasının 15 üzvü öldürülüb, 6 üzvü yaralanıb.
Bu barədə Əfqanıstanın cənubundakı Qəndəhar vilayətinin rəhbərliyi məlumat yayıb.
"Qəndəharın Arqandab rayonundakı Siasanq Vadisində Taliban üsyançıları təhlükəsizlik qüvvələrinə hücum etmək istəyiblər. NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri onlara hava zərbəsi endirib və nəticədə qruplaşmanın 15 üzvü ölüb, 6 üzvü isə yaralanıb", - deyə vilayət rəhbərliyinin məlumatında bildirilib.
Maroof rayonunda təhlükəsizlik qüvvələri ilə "Taliban" yaraqlıları arasında baş verən başqa bir toqquşmada isə altı "Taliban" üzvü öldürülüb.
Əfqanıstanın şərqində "Taliban" yaraqlılarının təhlükəsizlik postlarına hücumu zamanı baş verən qarşıdurmalarda isə iki "Taliban" yaraqlısı öldürülüb, dörd üzvü isə yaralanıb.