Türkiyə Antarktikada BAZA YARADIR
18.06.2018
Türkiyə 2019-cu ildə Antarktikada elmi baza tikməyi planlaşdırır.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" səhifəsində yazıb.
Dövlət başçısı qeyd edib ki, Antarktikada artıq 30 ölkənin obyekti var. Bundan əvvəl Türkiyənin qütb elmi stansiyası olmayıb, lakin gələn il vəziyyət dəyişəcək:
"2019-cu ildə Anratktikada elmi baza yaradacağıq. Beləliklə, Türkiyə orada elmi stansiyaya malik ölkələrin siyahısına daxil olacaq".