Ay və Marsda niyə yaşamaq olmaz? - AÇIQLAMA
25.06.2020
İnsan yüksək radiasiya səbəbindən Ay və Marsda yaşaya bilməz.
Bunu Rusiya Elmlər Akademiyasının Tibbi-bioloji problemlər İnstitutunun əməkdaşı Vyaçeslav Şurşakov deyib.
"Radiasiya baxımından Günəş sistemində insanın yaşaması üçün Yerdən başqa normal məkan yoxdur. Yer bizim kosmik gəmimizdir. Burada atmosferimiz və Günəş partlayışları və radiasiyalarından müdafiə edən maqnit sahəmiz var”, - alim bildirib.
Onun sözlərinə görə, Aydakı radiasiyanın dozası Yerdəkindən 400 dəfə artıqdır:
"Marsda radiasiyanın həcmi Aydakından 1.5 dəfə az olsa da, bu planet də kosmik şüalanmaya məruz qalır və insan sağlamlığı üçün ciddi təhdid yaradır”.