508 YOLUXMA, 6 VƏFAT
24.06.2020
Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib. 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hazırkı dövrədək Azərbaycanda 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib. 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 464, ötən müddət ərzində isə ümumilikdə 432 858 test aparılıb.
Ölkədə karantin rejiminin müddəti avqust ayının 1-dək uzadılıb.
Qeyd edək ki, 21 iyun 5 iyul tarixləri arasında Bakı, Gəncə, Sumqayıq, Abşeron, Yevlax, Cəlilabad, Lənkaran və Masallıda küçəyə çıxmaq SMS ilə icazə alınaraq 2 saat mümkün olacaq.