SOCAR Belarusa yeni partiya neft göndərir
24.06.2020
SOCAR Azərbaycan neftinin yeni partiyasını Belarusa 25-26 iyunda göndərməyi planlaşdırır.
Bunu "İnterfaks”a açıqlamasında SOCAR-ın rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.
O, Belarusa neftin Gürcüstanın Supsa limanından göndəriləcəyini bildirib.
Əhmədov Belarusa göndəriləcək neftin həcminin 85-90 min ton təşkil edəcəyini deyib.
Qeyd edək ki, mart-aprel aylarında SOCAR Belarusa 335 min ton neft tədarük edib.