Sovet xalqı dəhşətli dəyər ödədi - Putin
24.06.2020
Sovet xalqı dəhşətli Holokosta son qoydu, dünyanı faşizmdən xilas etdi.
Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvadakı hərbi paradda çıxışı zamanı deyib.
O, Qırmızı ordusuz dünyanın vəziyyətini təsəvvür etməyin çətin olduğunu bildirib.
Putin Böyük Vətən müharibəsi haqqında həqiqətin qorunması gərəkdiyini bir daha vurğulayıb:
"SSRİ xalqı Avropanın azadlığı üçün dəhşətli dəyər ödəyib. Bizim borcumuz nasizmlə mübarizədə əsas ağırlığın sovet xalqının üzərinə düşdüyünü xatırlamaqdır”.