“Əl-Qaidə”nin liderlərindən biri ələ keçdi
18.06.2018
Liviya ordusu "Əl-Qaidə” terror təşkilatının liderlərindən biri olan Əbu Səfyan bin Kamunu saxlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Liviya ordusunun rəsmi saytında bildirilir.
Əbu Səfyan və silahdaşı Məhəmməd İdris Əl-Mənsuri ordunun Derna şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
"Əl-Ərəbiyyə”nin xəbərinə görə, 59 yaşlı Əbu Səfyan bin Kamu "Əl-Qaidə”nin ən nüfuzlu liderlərindən biri hesab edilib.