Ər-Riyadla danışıqlara hazırıq - İRAN
23.06.2020
İran Ər-Riyadla qeyd-şərtsiz dialoqa hazırdır.
Bunu İranın Ali dini lideri Əli Xameneinin hərbi müşaviri Hüseyn Dehqan "Əlcəzirə” televiziyasına müsahibəsində deyib.
"Əgər Ər-Riyad razılaşsa, biz də onlarla qeyd-şərtsiz dialoqa hazırıq. Ər-Riyad da gərək Yəməndəki müharibədə məğlubiyyətini etiraf edib, siyasətinə yenidən baxsın”, – deyə o bildirib.