Vuçiç yönünü dəyişir: Rusiyanı köhnə dost adlandırdı
22.06.2020
Serbiya Avropa Birliyinə inteqrasiyanı sürətləndirməli, amma bununla bərabər köhnə dostlarını da saxlamalıdır.
Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"Biz Avropa yolumuzu sürətləndirməliyik. Əlavə islahatlara gedib, harada səhvlər buraxdığımızı deməyə utanmamalıyıq.
Bununla belə, biz ağır günlərimizdə, koronavirus zamanı, Serbiyanın ərazi bütövlüyünə təhdid yarananda yanımızda olan dostlarımızı saxlamalıyıq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Serbiyada keçirilən parlament seçkisində Vuçiçin rəhbəri olduğu Serb Proqressiv Partiyası 63 faiz səslə qalib gəlib. Nəticədə partiya parlamentdəki 250 yerdən 190-na sahib olub.