Putin boş vaxtlarında nələr edir? - DANIŞDI
21.06.2020
Rusiya prezidenti Vladimir Putin boş vaxtlarında nə etdiyindən danışıb.
O, boş vaxtı olduqda idmanla məşğul olduğunu və ya musiqi dinlədiyini söyləyib:
"Boş vaxtlarımda ya idmanla məşğul oluram, ya kitab oxuyuram, ya da musiqi dinləyirəm”.
Putin nəvələri ilə nadir hallarda əlaqə saxladığını da bildirib:
"Nadir hallarda olur, amma əlbəttə ki, onlarla əlaqə qururam".
Qeyd edək ki, Rusiya Prezidentinin geniş müsahibəsi bu gün axşam "Rossiya 1” televiziya kanalında nümayiş etdiriləcək.