Nazirliyin şöbə rəisi işdən çıxarıldı: Yoxlama başladı
21.06.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon şöbəsinin rəisi Nazim Cəfərov vəzifədən azad edilib.
Şöbə rəisinin fəaliyyətinin yoxlanılmasına başlanılıb.
İlkin məlumata görə, Nazim Cəfərov Özünü Məşğulluq Proqramının Göygöl rayonunda icrası zamanı yol verdiyi qanun pozuntularına görə işdən kənarlaşdırılıb.