Paşinyanın Moskvaya getməməsinin əsl səbəbi bilindi
20.06.2020
Nikol Paşinyanın Moskvaya səfərini ləğv etməsi Kremlin yaratdığı manipulyasiya ilə bağlıdır.
Bu məlumatı "Qraparak” qəzeti yayıb.
"Rusiya tərəfi tələb edib ki, Nikol Paşinyan Moskva hava limanında koronavirus testindən keçsin. Belə ki, onun yoluxması və tez sağalması ilə bağlı Kremldə şübhələr var. Erməni tərəfi Paşinyanın İrəvandakı neqativ testinin cavabını göndərməyi təklif edib, amma ruslar bundan imtina ediblər və yerində test verilməsini istəyiblər. Əgər o, həqiqətən xəstələnib və sağalıbsa, onun qanında antitel yaranmalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün N.Paşinyan 24 iyunda Miskvada keçiriləcək parada qatıla bilməyəcəyi barədə Putinə məktub ünvanlayıb.