ABŞ pakistanlı biznesmeni Hindistana verməyə hazırlaşır
20.06.2020
Pakistan əsilli amerikalı biznesmen Tahavvur Hüseyn Rana Los-Ancelesdə həbs edilib.
Bu barədə məlumatı "Assoşeyted Press” agentliyi yayıb. Rana Hindistanın sorğusu əsasında saxlanılıb. Onun terror təşkilatına dəstək verməkdə ittiham edildiyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə Rana 2008-ci ildə Mumbay terror aktını təşkil edən qruplaşma ilə əlaqədə ittiham edilib.