Təyyarə uçuşları zamanı SMS-ə ehtiyac olmayacaq
20.06.2020
Təyyarə uçuşları zamanı SMS icazəyə ehtiyac yoxdur.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
O bildirib ki, bu şəxslərin hava limanında biletlərinə vurulan möhür onların evə qayıtması üçün sübutdur: "SMS icazələrlə problem yaranan zaman vətəndaşlar 9103 nömrəsinə müraciət edə bilərlər".