Türkiyə gəmisi batır: Xilasedicilər hadisə yerindədir
17.06.2018
Xorvatiya Yabuka adasının sahillərində Türkiyə bayrağı asılmış bir yük gəmisinin batmağa başladığını açıqlayıb.
"Dövran Media" xəbər verir ki, gəmidə olan 13 heyət üzvündən 8-nin xilas edildiyi bildirilib.
Türkiyə tərəfi "Haksa" adlı 85 metr uzunluğu olan yük gəmisində 11 türk, 2 Hindistan vətəndaşının olması haqda açıqlama yayıb:
"8 nəfər xilas edilib. Kapitan və digər 4 nəfər isə hələlik gəmidə qalıb, onun batmasının qarşısını almağa çalışacaqlar".