11 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

SMS icazə sistemi bərpa edilir - QƏRAR

18.06.2020

Ölkədə mövcud epidemioloji vəziyyət təhlil edilərək müəyyən vaxt çərçivəsində ciddi karantin rejiminə qayıtmaqla bağlı qərar qəbul edilib.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, 21-iyundan 5-iyul tarixinədək (5 iyul səhər saat 6-dək) Bakı, Sumqayıt, Gəncə, Yevlax, Lənkəran, Abşeron, Masallı şəhərlərində xüsusi icazə əsasında - SMS icazə sistemi ilə evdən çıxmağa icazə veriləcək. Bunun hansı sahələrə aid ediləcəyi ilə bağlı isə Qərargahın sabah keçirilən brifinqində ətraflı açıqlama veriləcək.

Bununla belə o, ticarət obyektlərinin fəaliyyətinin, həmçinin iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılacağını istisna etməyib.