"Tramp ABŞ siyasətini o qədər yoxsullaşdırıb ki..." - Nobel mükafatçısı
22.01.2018
ABŞ administrasiyasındakı siyasi və intellektual yoxsulluqdan Çin və Rusiya faydalana bilər.
Bu sözlər Nobel mükafatçısı Mario Varqas Lyosanın "El Pais” qəzetindəki məqaləsində yer alıb.
"ABŞ prezidentinin administrasiyasındakı xaos dünyada və daxili siyasətdə fəlakətli nəticələrə səbəb olub. Tramp ən pis obrazdır və görünür, həyatı boyunca bir kitab da oxumayıb. ABŞ heç vaxt siyasi və intellektual planda bu qədər yoxsullaşmayıb. Nəticələri isə müəyyən etmək olar. Çin və Rusiya ABŞ-ın itirdiyi mövqeləri tutur, üçüncü dünya ölkələrində siyasi və iqtisadi təsirlərini bərpa edirlər. Görünür, bu prosesi dayandırmaq mümkün deyil”, – deyə o bildirib. /dm/